"Atletiko" "Barselona"nın futbolçusu Memfis Depayı transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.  "Matrasçılar" niderlandlı hücumçu ilə 2,5 illik müqavilə imzalayıb.

 "Atletiko" 28 yaşlı hücumçu üçün Kataloniya təmsilçisinə 3 və ya 4 milyon avro təzminat ödəyəcək. Bu barədə Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Depay cari mövsüm La Liqada 2 oyunda 1 qol vurub.