Madrid "Atletiko"su heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu "Barselona"nın hücumçusu Mamfis Depayı transfer edib. 

"Atletiko" niderlandlı forvardı tibbi müayinədən keçirdikdən sonra onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. Madridlilər 28 yaşlı futbolçu üçün "Barselona"ya 3-4 milyon avro təzminat ödəyəcək.