"Barselona" klubunun hücumçusu Robert Levandovski La Liqanın 15-ci turunda "Espanyol"la sabahkı görüşdə oynaya biləcək.
Offsideplus.az xəbər verir ki, polşalı forvard “Osasuna” ilə oyundakı davranışına görə o, 3 oyunluq cəzalandırılmışdı. "Barselona"nın etiraz müraciətinə əsasən, bu cəzanın başlanılması təxirə salınıb.
Qeyd edək ki, 34 yaşlı hücumçu bu mövsüm La Liqada 14 oyunda 13 qol vurub.