İngiltərə millisi və "Borussiya"nın futbolçusu Cud Bellinqem karyerasını İspaniya La Liqasında davam etdirmək istəyir.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, bir çox Avropa nəhənglərinin maraqlandığı 19 yaşlı yarımmüdafiəçi "Real Madrid"ə transfer olmaq arzusundadır. "Kral klubu"nun təxminən bir ildir ki, Bellinqem və ailəsi ilə görüşdüyü, cari mövsümün sonunda transferin baş tutması gözlənilir.

İngiltərəli oyunçu ilə "Çelsi", "Liverpul", "Mançester Siti" klubları yaxından maraqlanır. Dortmund təmsilçisi Bellinqem üçün 150 milyon avro tələb edir. 

Qeyd edək ki, Bellinqemin "Borussiya" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır. Bellinqem DÇ-2022-də İngiltərə millisinin heyətində 5 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.