“Sevilya” klubunun hücumçusu Alexandro Qomes qış “transfer pəncərəsi”ndə komandanı tərk etmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, argentinalı “Atalanta”ya qayıtmağı planlaşdırır.
Qomez 2021-ci ildən "Sevilya"da çıxış edir.
34 yaşlı futbolçu “Arsenal”(Sarandi), “San Lorenzo”, “Kataloniya”, “Metallist”(Xarkov) və “Atalanta”da oynayıb.