"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinin baş məşqçi postuna dəvət almayıb.
Offsideplus.a xəbər verir ki, italiyalı mütəxəssis bu barədə "Valyadolid"ə qarşı baş tutacaq oyun öncəsi mətbuat konfransında açıqlama verib.
"Bilmirəm, onlar heç vaxt mənimlə əlaqə saxlamayıblar, Braziliya Futbol Federasiyası heç vaxt mənə zəng etməyib. Tək istədiyim "Real"da qalmaqdır. Heç vaxt "Real"dan xahiş etməyəcəm ki, klubu tərk etməyim üçün icazə versinlər".
Qeyd edək ki, "Valyadolid" - "Real" matçı dekabrın 31-i Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.