Madrid “Real"ının üç yarımmüdafiəçisi dünya çempionatından sonra hələ də komandanın bazasına qayıtmayıb.

Offsideplus.az xəbər verir ki, bunlar turnirin bürünc mükafatçısı Luka Modriç (Xorvatiya), gümüş mükafatçılar Eduardo Kamavinqa (Fransa) və Aurelien Tçuamenidir (Fransa). Bu futbolçular hələ komanda ilə məşqləri bərpa etməyiblər. Onlar indiyə kimi bazaya qayıtmalı idilər.

 "Real" La Liqanın növbəti turunda sabah "Valyadolid"lə qarşılaşacaq.