Serxio Buskets karyerası ilə bağlı qərarını verib.

Offsideplus.az xəbər verir ki, İspaniya yığmasındakı çıxışını başa vuran futbolçu “Barselona”nı da tərk edəcək.

Yarımmüdafiəçi mövsümün sonunda Kataloniya klubundan ayrılmaq qərarına gəlib. Bu barədə “Mundo Deportivo”nun məlumatında 34 yaşlı futbolçunun karyerasını MLS-də davam etdirmək niyyətində olduğu bildirilib. Onunla “İnter Mayami” maraqlanır. Busketsin “Barselona” ilə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.