"Real"ın baş məşqçisi Karlo Ançelotti Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo haqqında danışıb. 

 Offsideplus.az "Radio Anchi'o"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis portuqaliyalı ulduz futbolçunun gələcək karyerasının harada davam etdirməsi ilə bağlı məsələyə münasibət bildirib:

"Ronaldonun gələcəkdə nə edəcəyini bilmirəm. O, hələ də çox yüksək səviyyədə mübarizə aparmaq istəyir. Düşünmürəm ki, ərəb dünyası bu baxımdan ona yaraşır”.

Xatırladaq ki, Ronaldo noyabrda "Mançester Yunayted"lə müqaviləyə xitam verib və o, hazırda azad agentdir.

Qeyd edək ki, bir müddət öncə 37 yaşlı hücumçunun Səudiyyə Ərəbistanın "Əl Nəsr" klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.