"Barselona" klubunun yarımmüdafiəçisi Serxio Buskets bu mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını MLS-də davam etdirmək niyyətindədir. Onun "İnter Mayami"yə keçəcəyi gözlənilir.
Xatırladaq ki, Buskets dekabrın 16-da İspaniya millisindəki karyerasını başa vurduğunu rəsmən açıqlamışdı .