Luis Enrikenin İspaniya millisinin baş məşqçi postundan istefa verəcəyi gözlənilir.

Offsideplus.az xəbər verir ki, bu halda Enrikeni Belçika millisinin sabiq çalışdırıcısı Roberto Martines əvəzləyə bilər. Belçika millisinin DÇ-2022-də qrupda qalmasından sonra postunu tərk edən Martineslə İspaniya Futbol Federasiyası arasında danışıqlar aparılıb.

Qeyd edək ki, Luis Enrike 2019-cu ildən İspaniya millisini çalışdırır.