Mövsümün sonunda "Real"ın baş məşqçisi Karlo Ançelotti karyerasını bitirərsə, hazırda "Roma"nı çalışdıran Joze Mourinyo onu əvəzləyə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.
Xəbərə görə, portuqaliyalı mütəxəssis “Roma”nın gələcək layihəsindən əmin deyil, bu səbəbdən ayrılıq reallaşa bilər. Digər tərəfdən isə Ançelottinin komandadakı gələcəyi "kral" klubunun mövsümü necə bitirməyindən asılı olacaq.
Xatırladaq ki, daha öncə italiyalı mütəxəssis İspaniya nəhəngi ilə müqaviləsi bitdikdən sonra karyerasını bitirə biləcəyini söyləmişdi.
Qeyd edək ki, Karlo Ançelottinin "Real"la müqaviləsi 2024-cü ildə başa çatır. Joze Mourinyo isə 2010-2013-cü illərdə çalışdırdığı Madrid təmsilçisi ilə 1 dəfə La Liqa çempionluğu və eyni sayda Kral kubokunu qazanıb.