"Real"ın prezidenti Florentino Peres baş məşqçi Karlo Ançelottidən danışıb.
Offsideplus.az xəbər verir ki, 75 yaşlı funksioner italiyalı mütəxəssisin "Kral klubu" üçün ən yaxşı baş məşqçi olduğunu bildirib:
"Karlo Ançelotti "Real" üçün ən yaxşı baş məşqçidir. Münasibətimiz yaxşıdır. O, mükəmməldir, bizim ideya və dəyərlərimizi başa düşür. Futbolçularımız da onun rəhbərliyi altında eyni hissləri bölüşür".
Qeyd edək ki, Ançelottinin "Real"la müqaviləsinin müddəti 2024-cü ildə başa çatır.