"Barselona" klubu heyətini daha bir futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Sport" qəzetinə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi “Kristal Palas”ın hücumçusu Vilfrid Zahanı sıralarına qatmağa hazırlaşır.
29 yaşlı cinah oyunçusunun klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Beləliklə, o, "Barselona"ya azad agent kimi gələ bilər.
Qeyd edək ki, Zaha ötən mövsüm "Kristal Palas"ın heyətində 31 oyunda 14 qol vurub, bu mövsüm isə 12 oyunda 6 dəfə fərqlənib.