"Barselona"nın futbolçusu Rafinya "Real"a mümkün transferi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı vinger İspaniya mətbuatına açıqlamasında gələcəkdə "Kral klubu"nda çıxış etmək istəmədiyini bildirib:
"Əlbəttə ki, "Real"ın təklifini qəbul etməzdim. Xaviylə söhbətimiz olub. Ona dedim ki, sağ cinahda oynamağı sevirəm".
Qeyd edək ki, 25 yaşlı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.