"Selta Viqo"nun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi Karlos Karvahalla anlaşıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Müqavilənin bu gün imzalanacağı gözlənilir.

Qeyd edək ki, Karvahal bu vəzifədə Eduardo Koudeti əvəzləyəcək. Komanda turnir cədvəlində 11 xalla 20 komanda arasında 16-cı yerdədir.