Mövsümün əvvəlində "Qalatasaray"ın transfer siyahısında yer alan niderlandlı hücumçu Memfis Depay yenidən Türkiyə nəhənginin gündəminə gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Qol vurmaqda çətinlik çəkən İstanbul təmsilçisi bu problemi Memfis Depayı heyətinə qatmaqla həll etmək istəyir. Forvardın qış transfer dövründə Kataloniya klubundan ayırılacağı gözlənilir. "Barselona"nın 28 yaşlı oyunçunu aşağı transfer məbləği qarşılığında buraxmağa hazır olduğu qeyd olunur.
Xəbərə görə, niderlandlı ulduz ilə "Sevilya"da maraqlanır.
DÇ-2022 üçün Niderland millisinin heyətində yer alacaq Memfis Depayın Qətərdə keçiriləcək mundialdan sonra qərar verəcəyi bildirilir.