"Real" futbolçusu Vinisius Juniorla yeni müqavilə imzalayacaq.
Offsdeplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 22 yaşlı vingerlə müqavilənin müddətini uzadacaq. Yeni sözləşmə 2027-ci ilədək nəzərdə tutulub. Klub rəhbərliyi və futbolçu razılığa gəlib, yaxın zamanlarda müqavilə rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, Vinisius 2018-ci ildən "Real"ın şərəfini qoruyur.