"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone Kriştiano Ronaldonun mümkün transferinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 52 yaşlı mütəxəssis portuqaliyalı ulduzu komandasında görməyi təsəvvür etmir:
"Heç vaxt Kriştiano Ronaldonun "Atletiko"ya gəlməsi barədə danışmamışam, heç vaxt. Özümü "Real"ın baş məşqçisi olaraq görmədiyim kimi, Kriştianonu da "Atletiko"da görmürəm".
Qeyd edək ki, 37 yaşlı hücumçunun "Mançester Yunayted"lə müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır. Bu ilin yayında "qırmızı şeytanlar"dan ayrılmaq istədiyi iddia edilən Ronaldonun adı "Atletiko"yla hallanırdı. Daha öncə "Borussiya" və "Napoli" klubları da Kriştianonun mümkün transferindən imtina etmişdi.