"Valensiya" futbolçusu Hüqo Gilyamonla yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 2026-cı ilə qədər "yarasalar"ın formasını geyinəcək. Müqavilənin maraqlı cəhəti isə, "Valensiya"nın futboolçunun satış qiymətini azaltması olub. 80 milyon avro dəyərində olan oyunçunun yeni transfer qiyməti 50 milyon avro müəyyənləşdirilib.
Klub rəhbərliyi futbolçunun satılması üçün digər klublara qapını açsa da, Gilyamon komandada qalmağı planlaşdırır.