"Real"ın baş məşqçisi Karlo Ançelotti Xviça Kvaratsxeliya barədə danışıb.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis "Napoli"də çalışdığı dönəmlərdən bərin gürcüstanlı vingerlə yaxından maraqlandıqlarını deyib.

"Kvaratsxeliya onu yaxından izləməyənlər üçün bir sürprizdir. Mən "Napoli"də işləyəndə Xviçanın oyununu izləyirdik. O, xüsusi futbolçudur".

Qeyd edək ki, "Napoli" bu yay "Dinamo"dan (Batumi) Xviçanı transfer edib. Ançelotti 2018-ci ilin mayından 2019-cu ilin dekabr ayına qədər "Napoli"yə rəhbərlik edib.