"Real" müdafiəçisi Eder Militao ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı braziliyalı ilə sözləşmənin müddəti 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Kral klubu" ulduz futbolçunun sərbəst qalma qiymətini 1 milyard avro olaraq müəyyənləşdirəcək.
Qeyd edək ki, Militao 2019-cu ildən "Real"ın formasını geyinir. Hazırkı müqavilənin müddəti 2025-ci ilin yayına qədərdir.