Madrid "Real"ının ulduz futbolçusu Toni Kroos 2022/23 mövsümündən sonra karyerasını başa vura bilər.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı almaniyalı yarımmüdafiəçi yayda başa çatacaq müqavilənin uzadılması üçn klubla müzakirələr aparmaqdan imtina edir. Bildirilir ki, buna gör də almaniyalı oyunçu karyerasını bitirməyi planlaşdırır. Kroos bacardığı qədər oynamaq yox, karyerasının zirvəsində futboldan ayrılmaq istəyir. Bundan əlavə, Toni gənc futbolçuların inkişafına mane olmaq istəmir.

Qeyd edək ki, o, 2014-cü ildən "Real"ın formasını geyinir. O, karyerası ərzində "Bavariya", "Bayer" (Leverkuzen) kimi komandalarda da oynayıb. Toni 2010-2021-ci illərdə Almaniya millisində çıxış edib.