"Valensiya" futbolçusu Georgi Mamardaşvili ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, "yarasalar" 21 yaşlı qolkiperlə sözləşmənin müddətini 2027-ci ilədək uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Georgi 2021-ci ildən həm Gürcüstan millisi, həm də "Valensiya"da forma geyinir.