İspaniya Futbol Menecerləri Birliyinin prezidenti Pedro Bravo "Real"ın gənc futbolçusu Vinisius Junior barədə irqçi açıqlamalar edib.

Offsideplus.az xəbər verir ki, o, İspaniya telekanallarından birində qol vurandan sonra meydanda rəqs edən Vinisius barədə bu sözləri deyib: "Braziliyalı futbolçu müqaviləsinə hörmət etməli və samba oynayacaqsa, bunu Braziliyada oynamalıdır. Peşəkar yoldaşlarına hörmət göstərməli və meymunluğa son qoymalıdır".

Bu açıqlama "Kral klubu" başda olmaqla, Pele, Neymar kimi bir çox futbolçuların qəzəbinə səbəb olub. "Real" irqçiliyə qarşı olduğunu rəsmi olaraq açıqlayıb və klub Bravoya qarşı məhkəmə işi açacaq.