“Barselona” qış transfer pəncərəsində maaşı yüksək olan futbolçularla yollarını ayırmağı planlaşdırır.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi yayda göndərə bilmədikləri bəzi oyunçuları yollamaqla bu işi yekunlaşdırmaq istəyir. Kataloniya təmsilçisi bununla maaş yükünü azaltmaq niyyətindədir.
Xəbərə görə, qışda müdafiəçilər Jerar Pike və Jordi Alba, yarımmüdafiəçi Frenki de Yonq, həmçinin, hücumçu Memfis Depayın komandadan ayrılması gözlənilir.
Qeyd edək ki, komandanın digər bir üzvü Serxio Buskets də "Barselona"nın yeni sözləmə təklifini qəbul etməyib. Təcrübəli oyunçunun hazırkı mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra azad agent kimi klubdan ayrılacağı bildirilir.