"Barselona"nın baş məşqçisi Xavi Ernandes "Real"(Madrid) sabiq baş məşqçisi Zinəddin Zidanın rekordunu yeniləyərək, fransalı çalışdırıcını geridə qoyub.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis sözügedən uğura  La Liqanın 5-ci turunda səfərdə "Kadis"i (4:0) məğlub etdikləri oyunda nail olub.

Kataloniya klubu yerli çempionatda Xavinin başçılığı ilə ardıcıl 17-ci səfər görüşündə məğlub olmayıb.  Zİdan (2016-cı ildə) isə "kral" klubu ilə 16 səfər oyununda yenilməmişdi.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından "Barselona"nın baş məşqçisidir.