"Barselona"nın futbolçusu Serxio Buskets mövsümün sonunda komandadan ayrılacaq.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bu barədə qərarını qətiləşdirib. O, Kataloniya təmsilçisinin yeni sözləşmə təklifini qəbul etməyib.
34 yaşlı oyunçu bu mövsümün sonunda başa çatacaq olan müqaviləsini yeniləməyərək karyerasını MLS-də davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Buskets bu mövsüm La Liqada 4 oyunda iştirak edib. O, 2008-ci ildən çıxış etdiyi "Barselona"da 455 oyun keçirib və 11 qol vurub.