İspaniya La Liqasının 5-ci turunda "Barselona"nın səfərdə "Kadis" üzərində 4:0 hesabı ilə qazandığı qələbə Kataloniya təmsilçisinin futbolçusu Robert Levandovski üçün əlamətdarlığı ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, sözügedən matçda fərqlənməyi bacaran polşalı hücumçu hazırda karyerasını "Mançester Yunayted"də davam etdirən Kriştiano Ronaldonun uğurunu geridə qoymağı bacarıb. 

Belə ki, 34 yaşlı oyunçu yerli çempionatda ilk 5 oyunda rəqib qapısından 6 top keçirməklə, Ronaldonun 2009-cu ildə "Real"da (Madrid) çıxış etdiyi vaxt La Liqanın ilk 5 matçında vurduğu 5 qolluq nailiyyəti ötüb keçməklə buna nail olub.

Qeyd edək ki, Robert Levandovski yay "transfer pəncərəsində" 50 milyon avro qarşılığında  "Bavariya"dan "Barselona"ya transfer olunub.