İspaniya La Liqasında 5-ci turun görüşləri davam edir.

Offsideplus.az xəbər verir ki, ötən gün daha 4 oyun keçirilib. 

“Sevilya” gərgin keçən oyunda səfərdə “Espanyol”u məğlub etməyi bacarıb. “Barselona” səfərdə “Kadis”in qapısından 4 cavabsız top keçirib.

“Atletiko” (Madrid) isə öz meydanında “Selta”dan üstün olub.

Qeyd edək ki, "Barselona"  13 xalla turnir cədvəlinə başçılıq edir. Ondan bir oyun az keçirən əzəli rəqibi "Real" (Madrid) isə 12 xalla 2-cidir. İlk "üçlüyü" isə 10 xalla  "Vilyarreal" tamamlayır.

İspaniya La Liqası, 5-ci tur

"Rayo Valyekano" – "Valensiya" - 2:1
Qollar: Palason, 5. Niko, 52-öz qapısına – Diakabi, 90+3.

"Espanyol" – "Sevilya" - 2:3
Qollar: Xoselu, 45+4-pen. Breytueyt, 62 – Lamela, 1. Karmona, 26; 45.

"Kadis" – "Barselona" - 0:4
Qollar- De Yonq, 55. Levandovski, 65; 86. Dembele, 90+2.

"Atletiko" – "Selta" - 4:1
Qollar: Korrea, 9. De Paul, 50. Karrasko, 66. Nunes, 82-öz qapısına – Veyqa, 71.