"Real" baş məşqçisi Karlo Ançelotti ilə yola davam etmək istəyir.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" 63 yaşlı mütəxəssislə müqavilənin müddətini artırmağı planlaşdırır. Klub Ançelottini əvəzləyəcək baş məşqçi namizədləri ilə əvvəlki kimi maraqlanmır.
Qeyd edək ki, italiyalı çalışdırıcının "Real"la müqaviləsinin müddəti 2024-cü ildə başa çatır.