"Barselona" klubunun baş məşqçisi Xavi Leo Messinin kluba mümkün qayıdışı barədə danışıb.

Offsideplus.az xəbər verir ki. 42 yaşlı mütəxəss argentinalı oyunçu ilə bağlı bunları deyib:

“Leo Messi tarixin ən yaxşısıdır. Onun kluba verdiyi hər şey qeyri-adi idi. Təəssüf ki, bu bitdi və indi komandada fərq yaratmaq üçün çağırılan başqa oyunçular var. Hələlik nəyisə proqnozlaşdırmaq tezdir, lakin biz ümid edirik ki, o, kluba qayıdacaq”.

Qeyd edək ki, Messi ötən ildən PSJ-də çıxış edir.