“Sevilya” növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi  son olaraq “Real Sosyedad”da oynayan Adnan Yanuzayı heyətinə qatıb. Bu barədə Əndəlüs klubunun rəsmi saytı məlumat yayıb.

Azad agent kimi heyətə cəlb olunan futbolçu ilə 4 illik sözləşmə imzalanıb.

Qeyd edək ki,  Adnan Yanuzay 2017-ci ildə  “Mançester Yunayted”dən  “Real Sosyedad”a keçmişdi. O, bu müddətdə 168 oyuna çıxıb, 23 qol vurub. 27 yaşlı oyunçu Belçika millisində isə 15 matç keçirib və 1 qolla yadda qalıb.