"Atletiko"nun (Madrid) futbolçusu Yannik Karrasko karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Tottenhem" yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Xəbərə görə London təmsilçisinin baş məşqçisi Antonio Konte 28 yaşlı oyunçunu komandasında görməkdə maraqlıdır. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Karrasko bu mövsüm "Atletiko"nun (Madrid) heytində 3 oyunda iş başında olub. O, 2014-cü ildən çıxış etdiyi Belçika millisində isə 57 matç keçirib və 8 qol vurub.