"Barselona" futbolçusu Samuel Umtitini icarəyə verib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını İtaliyanın "Leççe" klubunda davam etdirəcək. A Seriyası təmsilçisi fransalı futbolçunu 2023-cü ilin iyuluna qədər icarəyə götürüb.
Qeyd edək ki, Umtiti 2016-cı ildə "Lion"dan "Barselona"ya keçib.