"Valensiya" heyətinə yeni müdafiəçi cəlb edir.
Offsideplus.az xəbər verir ki, La Liqa klubu "Lyon"un türkiyəli futbolçusu Cenk Özkaçarı transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Xəbərə görə "yarasalar" 21 yaşlı oyunçunu satın alma şərti ilə icarə əsasında heyətinə qatacaq.
"Valensiya"nın Cenk Özkaçarla müqavilə şərtlərini razılaşdırdığı bildirilir.