Serxio Buskets "Barselona"dan ayrıla bilər. 

Offsideplus.az COPE-yə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi və klub yeni müqavilə bağlamayacaq. Belə ki, Buskets maaşında güzəştə getməyə razılaşmayıb. İspaniyalı futbolçunun cari mövsümün sonunda Kataloniya təmsilçisini tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Serxio Buskets 2008-ci ildən "katalonlar"ın formasını geyinir.