"Real"ın futbolçusu Karlos Kazemiro "Mançester Yunayted"ə transfer olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Qırmızı şeytan"lar braziliyalı müdafiəçi üçün 70 milyon avro ödəyəcək. Müqavilənin müddəti 4+1 illik olacaq.

Qeyd edək ki, futbolçu ilə vida mərasimi 22 avqust Bakı vaxtı ilə saat 13:30-da baş tutacaq.