"Çelsi" klubu "Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanqla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, qabonlu forvard London təmsilçisinin nümayəndələri ilə görüşüb və müəyyən müzakirələrdən transfer təklifini qəbul edib. Hazırda klubların danışıq apardığı, ingilislərin qarşı tərəfə 27 milyon avro ödəməyi planlaşdırdığı bildirilir.

 Obameyanqın "Barselona" ilə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.