"Real" futbolçusu Antonio Blankonu icarəyə göndərib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi karyerasını "Kadiz"də davam etdirəcək. İspaniya millisinin üzvü 2023-cü ilin yayına qədər icarə əsasında "piratlar"ın formasını geyinəcək.
Qeyd edək ki, "Real"ın yetirməsi olan Blanko 2019-2021-ci illərdə "Kastilya"da, 2021-ci ildən isə əsas komandada oynayıb.