"Barselona"nın futbolçusu Oskar Minqesa "Selta"ya (Viqo) transfer olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə Viqo təmsilçisinin saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla sözləşmə imzalanacaq. Klubun bu transfer üçün Kataloniya təmsilçisinə nə qədər təzminat ödəyəcəyi ilə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, Minqesa geridə qalan mövsüm 27 oyunda iştirak edib və 2 qol ötürməsi ilə yadda qalıb.