“Barselona”nın yarımmüdafiəçisi Paulinyo karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, “Yuventus” braziliyalı futbolçunu heyətində görmək istəyir.
“Qoca sinyora” Paulinyonu klubu dəyişməsi gündəmdə olan Miralem Pyaniçin alternativi qismində görür. “Yuventus” ona görə 40 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, 29 yaşlı oyunçu ötən mövsüm Çinin “Quançjou Everqrand” klubundan 40 milyon avro qarşılığında “Barselona”ya transfer olunmuşdu.