İspaniya millisi və "Atletiko"nun (Madrid) keçmiş futbolçusu Dieqo Kosta yenidən La Liqada çıxış edə bilər.

 Offsideplus.az  xəbər verir ki, "Rayo Valekona" klubu 33 yaşlı hücumçunu transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Xəbərə görə,  Madrid təmsilçisi azad agent statusunda olan hücumçuya 1 milyon avro maaş təklif edib. Qarşı tərəfin az məğbləğ təklif etməsinə rəğmən, Dieqo Kosta ailəsinin yenidən İspaniyada yaşamaq istəyinə görə, özünün də bu transferdə maraqlı olduğu bildirilir.

Qeyd edək ki, forvard karyerası ərzində "Atletiko" (Madrid), "Çelsi", "Selta" (Viqo) kimi klublarda oynayıb. O, hətta 2011-2012-ci il mövsümündə "Rayo Valekona"da icarə əsasında olsa da, çıxış edib. Təcrübəli oyunçu son olaraq isə Braziliyanın "Atletiko Mineyro" komandasının formasını geyinib. 4 ay oynadığı bu klubda 19 oyunda 5 qol və 1 asisstlə yadda qalıb.