“Selta” klubu heyətini yeni futbolçularla gücləndirib.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi ABŞ-dan olan yarımmüdafiəçi Luka de la Torre və ispaniyalı mərkəz müdafiəçisi Unay Nunesi transfer edib. 

Niderlandın “Herakles” klubundan transfer olunmuş Luka de la Torre ilə 4 illik müqavilə imzalanıb. Klub bu transfer üçün qarşı tərəfə 2 milyon avro ödəyib.

Unay Nunes isə Bilbao “Atletik”indən qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb.