İspaniyanın “Selta” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Viqo təmsilçisi  “Atletik”in (Bilbao) ispaniyalı mərkəz müdafiəçisi Unay Nunyesi qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb. 

Qeyd edək ki, 25 yaşlı futbolçu 2016-cı ildən oynadığı Bilbao təmsilçisində 107 matç keçirib, 3 qol vurub. O, daha əvvəl İspaniyanın aşağı yaş qrupları üzrə millilərində də çıxış edib.