"Barselona" Polşa millisinin futbolçusu Robert Levandovskinin transferi ilə bağlı "Bavariya" ilə razılaşıb.

 Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi qarşı tərəfə bu keçid üçün 45+5 milyon avro ödəyəcək. Bu barədə ''Sky Sport" məlumat yayıb. 33 yaşlı futbolçu  ilə 3+1 formatında müqavilə imzalanacaq. Polşalı hücumçu bu həftə ərzində tibbi müayinədən keçmək üçün Barselonaya gedəcək.

Qeyd edək ki, Levandovski "Bavariya"ya 2014-cü ildə Dortmund "Borussiya"sından transfer olunmuşdu. O, komandanın heyətində 8 mövsümdə bütün turnirlərdə 375 oyunda 344 qol və 57 ötürmə ilə yadda qalıb.