"Barselona" klubu komandadan ayrılacağı gözlənilən Usman Dembele ilə yeni sözləşmə imzalayıb. 

 Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı hücumçu ilə müqaviləni 2024-cü ilin yayına qədər uzadıb. Bu barədə klubun sosial şəbəkələri məlumat yayıb.

Qeyd edək ki, Dembele "Barselona"ya 2017-ci ildə Dortmund "Borussiya"sından keçib.