"Barselona"nın sabiq futbolçusu Dani Alveş klubun tarixində iz buraxan futbolçulara olan münasibəti barəsində danışıb.
Offsideplus.az "The Guardian"a istinadən xəbər verir ki, 39 yaşlı bu məsələ ətrafında danışarkən Kataloniya klubunu tənqid edib:
"Barselona"ya yenidən qayıtdığım üçün xoşbəxtəm. Bura geri dönmək çoxdan ki, arzum idi. 39 yaşım var, mənə deyirlər ki, qocalmışam, amma mən bu fikirlə razı deyiləm. Bəli, kluba geri dönəndə bildirdim ki, 20 yaşlı gənc futbolçu deyiləm, yaş özünü göstərə , oyunuma təsir edə bilər. Ancaq indi 20 il əvvələ baxanda daha təcrübəliyəm. Yaşı az olan komanda üzvləri hansısa vacib matçda stress, həyəcan keçirə bilər. Mənim başıma isə bu hal gəlmir. Yetkinlik həyatla gəlir. Təəssüflə deməliyəm ki, "Barselona" klubun tarixinə adını yazdıran futbolçulara önəm vermir. Mən özüm barəsində danışmıram, ona görə ki, mənim vəziyyətim fərqli idi. Xavi və klub rəhbərliyi məni komandaya dəvət etmişdi. "Barselona" tarixinə adını yazdıran futbolçulara olan münasibət dəyişilməli və onlara dəyər verilməlidir".
Qeyd edək ki, Braziliya millisinin üzvü 2008-2016-ci illər və 2021-ci ilin noyabrından 2022-ci ilin yayına kimi Kataloniya təmsilçisində çıxış edib.