"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az "Goal.com"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Lids"in 25 yaşlı yarımmüdafiəçisi Rafinya ilə anlaşıb. Transferin yaxın saatlarda rəsmiləşməsi gözlənilir. İspaniya nəhəngi bu keçid üçün qarşı tərəfə 72 milyon avro ödəyəcək.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2020-ci ilin oktyabrından Premyer Liqa klubunda çıxış edirdi.