"Barselona" azad agent olan Usman Dembele ilə bağlı qərarını verib.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu 25 yaşlı fransalı futbolçunu daha iki mövsüm komandada saxlayacaq. Onunla yaxın zamanda rəsmi müqavilə imzalanacaq. Bu barədə jurnalist Niolo Şkira "tvitter" hesabında məlumat yayıb.

Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona" forması geyinir.